Hamiləliklə və dünyaya yeni gəlmiş körpələrlə bağlı maraqlı faktlar

Posted on 17/04/2016 with 0 comments

Hamiləliklə və dünyaya yeni gəlmiş körpələrlə bağlı maraqlı faktlar

Hamiləliklə və dünyaya yeni gəlmiş körpələrlə bağlı maraqlı faktlar

Hamilə qadınlar iylərə daha həssas olur
Keysəriyyə yolu ilə ana olmaq son 10 ildə 40% artıb
• Gələcək uşağın ətrafındakı suda olan duz okean suyundakı ilə eynidir
• Uşaq hələ ana bətnində baş barmağını sorur
• Yalnız 10% uşaqlar vaxtında dünyaya gəlir.
• Uşaq 37-ci həftədən tez dünyaya gəlirsə erkən, 43-cü həftədən gec dünayaya gəlirsə gec doğum sayılır
• Ən çox çərşənbə axşamı, ən az isə şənbə və bazar günləri uşaq dünyaya gəlir
• Ən çox yay vaxtı uşaqlar dünyaya gəlir
• Ən çox çəkili uşaq 1955-ci ildə italyan ailəsində dünyaya gəlib – 10 kq 340 qr
• Liliputların uşaqları normal boyda dünyaya gəlir
Süni mayalanma ilə dünyaya gələn ən çox uşaq Avstraliyada yaşayır
• Koreyada ana bətnində olandan uşağın yaşı sayılır. Uşaq anadan olanda başqa ölkələrdə yaşayan həmyaşıdlarından 1 yaş böyük olur
• Yeni doğulan uşaq anasının səsini başqa səslər içindən seçə bilir
• Dünyaya yeni gələn körpə yaşıl və qırmızı rəngləri görür. Göy rəngi görmür.

Hamilə qadınları maraqlandıran suallar

Posted on with 0 comments

Hamilə qadınları maraqlandıran sual

Hamilə qadınları maraqlandıran bir neçə sual var ki, zaman-zaman məndən bu barədə soruşurlar. Ona görə bu məlumatları təkrarlamağı qərara aldım:

1) Hamiləlik zamanı saç kəsdirmək olar

2) Saçları 12-ci həftədən sonra rəngləmək olar (amiaksız boya ilə)

3) Lazer epilyasiyadan istifadə etmək olmaz

Özünüzü qoruyun, sağlam olun!

 

Qadın xəstəliklərin müalicəsi

Posted on with 0 comments

Qadin xestelikleri

Cinsəl əlaqə zamanı diskomfort, sidik qaçırması, uşaqlıq yolunda genişlənmə və sallanma problemlərinə qadinların 4-5%-ində rast gəlinir.

Xanımlar çox zaman bu şikayətlərini söyləməkdən çəkinir, halbuki vaxtında olunan müraciət sayəsində plastik əməliyyatla bütün problemlər aradan qaldırıla bilər.

Bugünki əməliyyatımız da çox uğurlu keçdi, xəstəyə uşaqlıq yolunun plastik-rekonstruktiv əməliyyatı edildi və anatomiyası bərpa olundu.

Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi

Posted on with 0 comments

Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi

1.Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

2.Yaş yarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.

3.Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.

4.Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır

Hamilə qadınlara itburnu bitkisinin çayından istifadə etmək olar

Posted on with 0 comments

Hamilə qadınlara itburnu bitkisinin çayından istifadə etmək olar

Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar.

İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir.

İtburnu çayı və ya dəmi:

1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir

Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər.

İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin!