Hamiləlik zamanı bitkilər və onların istifadəsi

Posted on 17/04/2016 with 0 comments

Hamiləlik zamanı bitkilər və onların istifadəsi

ZƏNCƏFİL

Hamiləlik zamanı qadının bədənində müxtəlif dəyişikliklər olur. Səhər ürəkbulantıları və ya artan çəki diskomfort yarada bilər.

Ən çox rast gəlinən problemlərdən biri mədə-bağırsaq xəstəliklərinin - qıcqırma, köpmə, mədə spazmaları və qəbəliyin artmasıdır.

Qarında və beldə olan ağrılar, ayaq ağrıları əsas şikayətlər siyahısındadır.

Zəncəfildən istifadə hamiləlikdə əzələ ağrısını azalda və həzmetməni yaxşılaşdıra bilər.

1) Zəncəfil qan dövranını yaxşılaşdırır
2) Qanda xolesterinin səviyyəsini aşağı salır
3) Hamilələri əsasən səhərlər narahat edən ürəkbulanmaların verdiyi diskomfortu yüngülləşdirir
4) Soyuqdəymə və yüngül öskürəyə kömək edir
5) İltihab prosesinin qarşısını alır
6) Təzə (tər) zəncəfili çaya və yeməyə qataraq istifadə etsəniz, dəmir ehtiyatını və C vitaminini artırır, uşağın immun sistemini möhkəmlədir
7) Zəncəfilin tərkibində olan natriumun miqdarı aşağı olduğu üçün ondan istifadə təhlükəsizdir.

Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər.

İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin!

Hamilə vaxtı çay içmək olar?

Posted on with 0 comments

Hamil vaxt ay imk olar

Hamiləlik zamanı çay içmək qadağan olunmur. Sadəcə olaraq nə və vaxt içdiyinizə diqqət edin.

Əsasən yaşıl, bitki və meyvə çaylarına üstünlük verin. Yaşıl çaylar orqanizmdə olan soyuqdəymənin qarşısını alır, infeksiyalarla mübarizə aparır. Paket çaylardan istifadə etməyin, özünüz dəmlədiyiniz çaylardan için. Çalışın, çay çox tünd olmasın. Tünd çaylar ürəkdöyünməsini artırır.

Hamilə vaxtı müxtəlif bitki, quru yarpaqlar və quru meyvələri də dəmləyib, içə bilərsiniz. Amma mütləq həkiminizlə məsləhətləşin, məsələn, çobanyastığı (romaşka) çayını içmək olmaz, hamiləliyi bitirə bilər. Məkkəgülü (karkade) C vitamini ilə zəngindir, qripp və soyuqdəyməyə qarşı yaxşı dərmandır. Nanəli çay sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, itburnu çayı C, B, PP vitaminləri və dəmirlə zəngindir.

Həkimlərin məsləhətinə görə gün ərzində 3 stəkandan artıq çay içmək məsləhət deyil, xüsusilə axşam saatlarında

Ginekolojik qanaxmalar

Posted on

Uzman Dr. Rehshende Aslanova Aile Hekimi verilişində ” Qinekolojik qanaxmalar” mövzusu