kosmetik mehsullar

HAMİLƏLİKDƏ KOSMETİK MƏHSULLARIN İSTİFADƏSİ

Posted on 14/12/2014

Hamiləlik müddətində hamilə qadınların məruz qaldıqları kimyəvi maddələr onlarda qorxu və narahatçılığa səbəb olurlar. Bununla bağlı doğuş həkiminə verilən sualların böyük əksəriyyətini yaradırlar.

Ana namizədləri üçün narahatlıq mənbəyi olan, hamiləlik müddətində istifadə etdikləri kosmetik məhsulların mümkün teratogen (dölə mənfi təsirləri) təsirləri mövzusunda ana namizədlərinə qısa məlumat təqdim edilir. Hamiləlik müddətində məruz qaldıqda doğuşdan gələn anormallıqlara səbəb olan agentlərə teratogen, fetusa olan təsirlərinə də teratogen təsir adı verilir. Bu agentlər fetusun normal inkişafını əngəlləyə və nəticədə fetusta fiziki və zehni defektler meydana gətirə bilər.

Kosmetika, təmizləyici və gözəlləşdirən vasitələr: sabunlar, losyonlar, dezodorantlar, tərləmə qarşısını alanlar, ətirlər, kosmetika avadanlıqları, saç lakları, saç boyaları, şampunlar bu qrupa daxil edilir. Agentlərin fetus üzərinə təsirləri barədə məlumatların böyük qismi retrospektif (geriyə doğru araşdıraraq) araşdırmalardan və heyvan təcrübələrindən alınmışdır. Bir çox ana namizədi, hamiləlik öncəsi saç modellərini və saç rənglərini, körpələrini risk altına almadan hamiləlikləri boyunca davam etdirmək istəyəcəklər.

Bunun üçün bu məsələdə ana namizədlərinə hərtərəfli məlumat verilməlidir. Tez-tez istifadə edilən oksidatif boyaların tərkibində p-phenylenediamine, p-phenylenediamine sulfate, 2,3-naphtalenediol, resorcinol və m-aminophenol vardır. Boyaların əsas maddələri olan p-phenylenediamine, aminophenol, resorcinol ilə aparılan heyvan təcrübələrində bu maddələrin teratogen təsiri (ana bətnindəki körpə (fetus) üzərinə mənfi təsirləri) araşdırılmışdır. Təcrübə heyvanlarına saç boyama zamanı məruz qalan miqdarın 100 misli verilərək aparılan təcrübədə bu heyvanların fetuslarında hər hansı mənfi təsir olmamışdır. Bu maddələrlə insanlar üzərində aparılan təcrübə yoxdur.

Saç düzləşdiricilərin tərkibinə natrium hidroksid və bisulfit daxildir. Hamilələrin xüsusilə natrium hidroksid tərkibli məhsullardan uzaq qalmasını tövsiyə edirik. Saçları isti hava axını ilə düzləştirmək ana namizədləri üçün daha təhlükəsiz olacaq. Perma üçün istifadə edilən məhlullar ammonium thioglycolate, ammonium calcium thioglycolate və bir nötralizan məhlul olan hidrogen peroksid daşıyırlar. Bu maddələrin istifade edilməsi tövsiyə edilmir.
Xına kimi bitki mənşəli boyayıcılar da mövcuddur. Xına məlum olan ən qədim saç boyasıdır. Bu boya ilə əlaqəli araşdırmaların olmamasına baxmayaraq, teratogen olma ehtimalı yoxdur. Saç rəngini açan vasitələr hidrogen peroksid və ammonium persulfat tərkiblidirlər. Hidrogen peroksid lokal təsir göstərdiği üçün dölə mənfi təsiri yoxdur. Şampunlar anionik, kation və nonionik səthi aktiv maddələrdir. Bu maddələrin insanda teratogen təsiri ilə əlaqəli bir araşdırma yoxdur. Amma fetus üzərində mənfi təsirlərinin olması ehtimaldan kənardır. Aerozol saç spreylərinin böyük əksəriyyəti methylen chloride –den ibarətdir. Bu maddələrində teratogen təsiri yoxdur.
Hamiləlik əsnasında perma elətdirmək və ya saç boyamaq istəyən ana namizədlərinə məsləhətlərimiz belə olacaqdır:

Hamiləliyin ilk 3 ayında bu prosedurlar etdirilməməli, daha sonrakı aylarda qurğuşun, nikel, mis tərkibli saç boyalarından çəkinməlidirlər. Mümkünsə, kimyəvi boyalar əvəzinə xına kimi bitki mənşəli boyalar istifadə etmək və soyuq su ilə durulamaq məsləhət edilir. Digər göstərilməyən kosmetik məhsullar üçün qısa bir yekunlaşdırma aparmaq lazım gələrsə, Amerika Birləşmiş Ştatlarında “Food and Drug Administration” adlı komitə bütün kosmetik maddələr teratogen, kanserogen və toksikoloji cəhətdən araşdırır. Tərkibində bu təsirləri olmayan maddələrin kosmetik məhsulların istehsalı üçün icazə verilir. Ölkemizdede icazəli kosmetik məhsullarda istifadə edilən maddələr, ABŞ-dakı komitənin təsdiq etdiyi maddələrdir. Dolayısı ilə bu məhsulların tanınan teratogen, kanserogen və toksikoloji təsiri yoxdur.

Ana namizədlərini kədərləndirən və yaranmaması üçün səy göstərdikləri bir məsələdə hamiləlik çatlarıdır. Hamiləlik əsnasında qarın və döşlər üzərində yaranan rəng dəyişiklikləri ilə özünü göstərən bu hadisə 5-ci hamiləlik ayından etibarən yaranmağa başlayır. Hamiləlik çatları mexaniki gərilmə və artmış hamiləlik hormonlarının təsiri ilə yaranır. Sürətli və həddindən artıq kilo artımı olmazsa mexaniki dartılma minimuma endirilir. Həmçinin dəri nemlendiricisi olaraq lanolin, kakao yağlı kremlər və masaj, dəri elastikliyini artıraraq çatların yaranmasının qarşısını ala bilər. Bu maddələrin də fetusa mənfi təsiri yoxdur. Hamiləlik əsnasında istifadə edilə bilər.

Ginekologiya : Qadın xəstəlikləri və onların müalicəsi

MedicalPlaza-nın Ginekoloji bölməsi əla personal, müasir avadanlıq və videodiaqnostika, bir sözlə qadın xəstəlikləri – ni müalicə etmək üçün tələb olunan bütün vasitələr ilə təchiz edilmişdir.
Rəxşəndə Aslanova çalışır ki, pasiyentlər böyük monitorda əks olunan patologiyanı müşahidə edərək, həkim izahatlarını alaraq Polikistoz, Histeroskopik Miyom, Kista və digər qadin xəstəliklərinin diaqnostikası və müalicəsi prosesində iştirak etsinlər.

Hamiləlik Təqibi : Normal Doğuş : Keysəriyyə Əməliyyati

Rəxşəndə Aslanova hamiləliyin aparılmasını həyata keçirməklə doğuş zamanı da yardım göstərir. Həmçinin mütəxəssis mayalanma və sonsuzluq problemlərli ilə də məşğul olur. O, Hamiləlik Təqibi – ni (hamiləlik təqvimi) hazırlayır, hamiləlik zamanı qeyri-normal hallar, həmçinin doğuşdan sonra qadının tibbi müayinəsini təmin edir.
Mama-qinekoloq Rəxşəndə Aslanova-nın konsultasiyası aşağıda qeyd olunmuş hallarda lazım olacaq…

Süni mayalanma və sonsuzluq müalicəsi

Uzman ginekoloq Rəxşəndə Aslanova Sonsuzluq müalicəsinin prosedurlarını həmişə sonsuzluğun səbəblərini dəqiq aşkar edə bilən diaqnostikadan başlayır.
Süni mayalanma prosedurları son zamanlarda çox actual məsəllərindən birinə çevrilib. Bu prosedurun əsasını ekstrakorporal mayalanma (EKM) təşkil edir. Müalicə mərhələləri standartdır, amma EKM xüsusi dərmanların təyinatında, həm də müalicənin hər …

Ultrasəs müayinə (USM) və Doppleroqrafiya

Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir.
Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır.