sexual problem

Qadınlarda Seksual Funksiyanın Pozulması

Posted on 14/12/2014

Qadınlarda seksual funksiyanın pozulması sıx görünən və həyat keyfiyyətinə mənfi təsir edən bir haldır. Hal-hazırda insanın seksual disfunksiyasına qarşı cəmiyyət və medianın diqqətinin artması yeni tibbi müalicələrin inkişafına səbəb olmuşdur.
Xoşbəxt evlilik edən 100 cütlük arasında aparılan bir araşdırmada qadınların 63 %-ında seksual pozuntu və ya orgasm (boşalma) disfunksiyası təyin edilmişdir. Emosianal və stresslə bağlı problemləri olan qadınlarda daha sıx rastlandığı ortaya qoyuldu. Amerikalı yeniyetmələrdə aparılan araşdırmada seksual funksiyanın həyat keyfiyyətinə təsir göstərdiyi vurğulanıb. Qadınların 95 %-ı sağlam cinsi həyatın hər yaşda həyat keyfiyyətini artırdığını bildirmişdilər.
Seksual disfunksiya sıx görülən və həyat keyfiyyətinə təsir göstərən həm kişilərdə, həm də qadınlarda araşdırılması və üzərində dayanmaq lazım olan əhəmiyyətli bir problemdir.
Bir çox insan özündə cinsi disfunksiyanın olduğunu həkimlərə deməyə çəkinirlər. Aparılan araşdırmada şəxslərin 68 %-ı cinsi problemlərini həkimləri ilə bölüşməsinin həkimlərini sıxacağını düşünürlər. Dolayısı ilə seksual disfunksiyasının tez-tez görülməsinə baxmayaraq çox az xəstə adi tibbi sual-cavab əsnasında cinsi problemini ifadə edir. Cinsi sağlamlığın hekayəsi tibbi hekayənin sonlarına doğru həkimlə xəstə arasında etimad mühiti yarananda soruşulmalıdır. Kısa cinsi hekayə iki sual verilərək öyrənilə bilər: Cinsi olaraq aktivmisiniz? Və Hər hansı bir cinsi çətinlik yada probleminiz varmı? Xəstələrin cinsi həyat və problemlərini müzakirə edərkən rahat etdirə bilmək üçün cinsi hekayədə tibbi hekayənin alındığı şəkildə alınmalıdır. Həkim utanmış və ya mühakimə edən görünməməli, xəstələr söhbət zamanı məxfilik və etibarlılıq baxımından rahatlandırılmalıdır.
Nəticə olaraq cinsi disfunksiyanın araşdırılması ətraflı tibbi hekayə ve ginekoloji müayinədən ibarətdir . Çox sayıda dərman, xüsusilə antidepressant və antihipertansivlər cinsi funksiya üzərində mənfi təsirlər göstərdiyindən sorğu-sual olunmalıdır. Keçirilmiş tibbi və psixoloji problemlər, ginekoloji əməliyyatlar, depressiya, yuxusuzluq kimi psixoloji problemlər sorgulanmalıdır. Ginekoloji müayinə xəstənin şikayətləri ilə bağlı ginekoloji patologiyaları aşkara çıxara bilər.

Cinsi Disfunksiyalarin Müalicəsi

Cinsi disfunksiyaların müalicəsi xəstəliyin səbəbinə görə dəyişir. Məsələn disparoniya (ağrılı cinsel ilişki) menapauzada olan bir qadında vaginal quruluq səbəbi ilə görülebilən bu simptom zamanla cinsi fəallıq zamanı həzz almağı azaldacağından hipoaktif cinsi istək pozğunluğuna yol aça bilər. Disparoniyada vaginal estrogen müalicəsi və ya vaginal lubrikan istifadə edilməsində həm ağrının azalması, həm də istəyin artması müşahidə edilmişdir.
Seksual disfunksiyasının araşdırılması zamanı diaqnozu qoyulan ginekoloji problemlər, tibbi və ya cərrahi yolla müalicə edilir. Cinsel funksiyaya təsir edən bir dərmanın yerinə yenisinin təyin edilməsi və ya istifadə edilməməsi simptomları düzəldə bilər. Bütün antidepressantlar adətən azalmış cinsi istək ve/veya orgasm disfunksiyasına yol açdığının məlum olmasına baxmayaraq “trazodone” və “buproprion” kimi antidepressantlar cinsi istəyi nəinki azaldıb hətta gücləndirə bilər.
Ginekoloji praktikada ən çox gördüyümüz və müalicə etdiyimiz cinsi disfunksiya disparoniyadır (ağrılı cinsel ilişkidir). Disparoniyada səbəb ola biləcək tez-tez görülən ginekoloji pozğunluqlar endometriozis, kiçik çanaqda yapışıqlıqlar və ya iltihabi xəstəliklər, yumurtalıq kistivajinittir. Bu pozuntuların tibbi və ya cərrahi müalicəsi disparoniyanı azaldacaq və ya tamamiylə yox edecək.
Ginekoloji praktikada tez-tez rast gəlinən digər bir cinsi ağrı pozğunluğu olan vaginizmus, vaginal və kiçik çanaq əzələlərinin cinsi əlaqə zamanı güclü istəksiz yığılmasıdır. Müalicəsi kiçik çanaq əzələlərinin yığılması və relaksasiyası və vaginal genişləndirmədən ibarətdir. Vaginal genəltmə, xəstənin əvvəlcə barmağını uşaqlıq yoluna qoyması və sonra vaginal genişləndiricilərin istifadə edilməsi ilə aparılır.

Qadinda Cinsi Funksiya Pozuntunun Farmakoloji Müalicəsi

Estrogen müalicəsi
Estrogen müalicəsi cinsi funksiya pozğunluğu olan menopauzadan sonrakı perioda aid olan xəstədə ilk müalicə üsulu olarak seçilir. Estrogen müalicəsi libidonu və klitoral həssaslığı artırıb , disparoniyanı azaldır . Postmenopauzada olan qadınlar tez-tez cinsi əlaqə zamanı vaginal quruluq və qıcıqlanmadan şikayət edirlər, bu simptomlar lokal və ya sistemik estrogen müalicəsi ilə düzəlir.

Androgen müalicəsi
Menopauzadan sonrakı perioda aid olan qadınlarda xüsusilə cərrahi menopauza (yumurtalıqların cərrahi üsulla götürülməsi) androgen müalicəsi cinsi istəyi artırır. Cərrahi menopauzada olan xəstələrdə testosteron müalicəsi (estrogen müalicəsi ilə birlikdə yada tək başına) bu qadınlarda cinsi fantaziya sayını cinsi istək şiddətini tək başına estrogen müalicəsinə və ya plaseboya görə artırmışdır.

Sildenafil
Sildenafil klitoral və vaginal düz əzələlərin relaksasiyanı və genital qan axımını artırır. Bu vazoaktiv maddənin kişi erektil disfonksiyasında təsirli olduğu bilinir. Cinsi funksiyasının pozğunluğu olan qadınlarda sildenafil vaginal sürüşkənlik və klitoral həssaslığı artırdığını göstərmişdir.

Digər farmakoloji müalicələr
Kişi cinsi disfunksiyasında istifadə edilən bir çox dərmanlar qadın cinsi disfunksiyasında potensial müalicə olaraq təyin edilməkdədir: L-arginine, prostaglandin E1, phentolamine və apomorphine.

Nəticə
Qadın cinsi disfunksiyası bir qadının həyat keyfiyyətinə mənfi təsir göstərə bilcək sıx görülən, əhəmiyyətli və müalicə olunmalı bir durumdur.

Ginekologiya : Qadın xəstəlikləri və onların müalicəsi

MedicalPlaza-nın Ginekoloji bölməsi əla personal, müasir avadanlıq və videodiaqnostika, bir sözlə qadın xəstəlikləri – ni müalicə etmək üçün tələb olunan bütün vasitələr ilə təchiz edilmişdir.
Rəxşəndə Aslanova çalışır ki, pasiyentlər böyük monitorda əks olunan patologiyanı müşahidə edərək, həkim izahatlarını alaraq Polikistoz, Histeroskopik Miyom, Kista və digər qadin xəstəliklərinin diaqnostikası və müalicəsi prosesində iştirak etsinlər.

Hamiləlik Təqibi : Normal Doğuş : Keysəriyyə Əməliyyati

Rəxşəndə Aslanova hamiləliyin aparılmasını həyata keçirməklə doğuş zamanı da yardım göstərir. Həmçinin mütəxəssis mayalanma və sonsuzluq problemlərli ilə də məşğul olur. O, Hamiləlik Təqibi – ni (hamiləlik təqvimi) hazırlayır, hamiləlik zamanı qeyri-normal hallar, həmçinin doğuşdan sonra qadının tibbi müayinəsini təmin edir.
Mama-qinekoloq Rəxşəndə Aslanova-nın konsultasiyası aşağıda qeyd olunmuş hallarda lazım olacaq…

Süni mayalanma və sonsuzluq müalicəsi

Uzman ginekoloq Rəxşəndə Aslanova Sonsuzluq müalicəsinin prosedurlarını həmişə sonsuzluğun səbəblərini dəqiq aşkar edə bilən diaqnostikadan başlayır.
Süni mayalanma prosedurları son zamanlarda çox actual məsəllərindən birinə çevrilib. Bu prosedurun əsasını ekstrakorporal mayalanma (EKM) təşkil edir. Müalicə mərhələləri standartdır, amma EKM xüsusi dərmanların təyinatında, həm də müalicənin hər …

Ultrasəs müayinə (USM) və Doppleroqrafiya

Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir.
Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır.