pregnant-diary-rex-1340980848

Yaxın gələcəkdə hamilə qalmağı planlaşdırıram. Hazırlıqlı olmaq üçün nə etməliyəm?

Posted on 14/12/2014

Bu çox mühüm bir sualdır! Hamilə qalmadan əvvəl etdikləriniz hamiləliyinizə təsir göstərə bilər! Düzgün qidalanmaya, məşq və bol-bol dincəlməyə əlavə olaraq, sağlam bir hamiləlik yaşamaq və doğuş qüsurları olan bir körpə sahibi olma riskini azaltmaq üçün beş şey daha var.

1-ci Hər gün 0.4 mq (400 mcg*) fol turşusu almağa başlayın, çünki orqanizminizdə bu mühüm B vitamininin uyğun səviyyəyə çatması müəyyən vaxt alacaq. Bu vitamini hamilə qalmadan əvvəl və hamiləliyin ilk dövrlərində almaq vacibdir, çünki bu qüsurlar, hamiləliyin ilk aylarında, qadınların bir çoxu daha hamilə olduqlarını fərq etmədən yaranırlar.

2-ci Həkiminizlə görüşün və xüsusən rubella (məxmərək) üçün olmaqla birlikdə bütün hamiləlikdə risk yaradan infeksiyalara qarşı immunitetinizin olduğundan əmin olun. Əgər sizə təyin edilən bir dərman istifadə edirsinizsə, həkiminizin hamilə qalmağı planlaşdırdığınızın bilməsini təmin edin.

3-cü Əgər siqaret çəkirsinizsə, alkoqol və ya narkotik maddə istifadə edirsinizsə, ETMƏYİN! Bu maddələr körpənizin sağlamlığını təhdid etdiyi kimi, öz sağlamlığınızı da təhlükə qarşısına qoyar.

4-cü Evdə və iş yerində zəhərli kimyəvi maddələrdən uzaq durun -böcek dərmanları, solventlər (bəzi təmizlik ləvazimatları və həlledicilər), qurğuşun və civə daxil. Kimyəvi maddələrdən istifadə etmədən əvvəl etiketlərini oxuyun və əgər suallarınız varsa, bunları həkiminizə soruşmaqdan çəkinməyin.

5-ci Əgər pişiyiniz varsa, doğum qüsurlarına səbəb olan toksoplazma daşıyıcısı ola bilər. Əgər mümkünsə, hamiləlik boyunca pişik bəsləməyə ara verin! Bundan başqa, pişiklərin gəzəcəyi sahələrdə iş görərkən və çiy ət tutarkən əlcək taxın.

 

Ginekologiya : Qadın xəstəlikləri və onların müalicəsi

MedicalPlaza-nın Ginekoloji bölməsi əla personal, müasir avadanlıq və videodiaqnostika, bir sözlə qadın xəstəlikləri – ni müalicə etmək üçün tələb olunan bütün vasitələr ilə təchiz edilmişdir.
Rəxşəndə Aslanova çalışır ki, pasiyentlər böyük monitorda əks olunan patologiyanı müşahidə edərək, həkim izahatlarını alaraq Polikistoz, Histeroskopik Miyom, Kista və digər qadin xəstəliklərinin diaqnostikası və müalicəsi prosesində iştirak etsinlər.

Hamiləlik Təqibi : Normal Doğuş : Keysəriyyə Əməliyyati

Rəxşəndə Aslanova hamiləliyin aparılmasını həyata keçirməklə doğuş zamanı da yardım göstərir. Həmçinin mütəxəssis mayalanma və sonsuzluq problemlərli ilə də məşğul olur. O, Hamiləlik Təqibi – ni (hamiləlik təqvimi) hazırlayır, hamiləlik zamanı qeyri-normal hallar, həmçinin doğuşdan sonra qadının tibbi müayinəsini təmin edir.
Mama-qinekoloq Rəxşəndə Aslanova-nın konsultasiyası aşağıda qeyd olunmuş hallarda lazım olacaq…

Süni mayalanma və sonsuzluq müalicəsi

Uzman ginekoloq Rəxşəndə Aslanova Sonsuzluq müalicəsinin prosedurlarını həmişə sonsuzluğun səbəblərini dəqiq aşkar edə bilən diaqnostikadan başlayır.
Süni mayalanma prosedurları son zamanlarda çox actual məsəllərindən birinə çevrilib. Bu prosedurun əsasını ekstrakorporal mayalanma (EKM) təşkil edir. Müalicə mərhələləri standartdır, amma EKM xüsusi dərmanların təyinatında, həm də müalicənin hər …

Ultrasəs müayinə (USM) və Doppleroqrafiya

Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir.
Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır.