Hamilə qadınlara itburnu bitkisinin çayından istifadə etmək olar

Posted on 17/04/2016 with 0 comments

Hamilə qadınlara itburnu bitkisinin çayından istifadə etmək olar

Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar.

İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir.

İtburnu çayı və ya dəmi:

1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir

Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər.

İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin!

Leave a comment