Hamilə vaxtı çay içmək olar?

Posted on 17/04/2016 with 0 comments

Hamil vaxt ay imk olar

Hamiləlik zamanı çay içmək qadağan olunmur. Sadəcə olaraq nə və vaxt içdiyinizə diqqət edin.

Əsasən yaşıl, bitki və meyvə çaylarına üstünlük verin. Yaşıl çaylar orqanizmdə olan soyuqdəymənin qarşısını alır, infeksiyalarla mübarizə aparır. Paket çaylardan istifadə etməyin, özünüz dəmlədiyiniz çaylardan için. Çalışın, çay çox tünd olmasın. Tünd çaylar ürəkdöyünməsini artırır.

Hamilə vaxtı müxtəlif bitki, quru yarpaqlar və quru meyvələri də dəmləyib, içə bilərsiniz. Amma mütləq həkiminizlə məsləhətləşin, məsələn, çobanyastığı (romaşka) çayını içmək olmaz, hamiləliyi bitirə bilər. Məkkəgülü (karkade) C vitamini ilə zəngindir, qripp və soyuqdəyməyə qarşı yaxşı dərmandır. Nanəli çay sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, itburnu çayı C, B, PP vitaminləri və dəmirlə zəngindir.

Həkimlərin məsləhətinə görə gün ərzində 3 stəkandan artıq çay içmək məsləhət deyil, xüsusilə axşam saatlarında

Leave a comment