Süni mayalanma yolu ilə yumurta ilə sperma laboratoriyada mayalandırılıb uşaqlığa köçürülür. Süni mayalanma və sonsuzluğun müalicəsi Bakıda pasiyentlər arasında olan ən aktual məsələlərdən biridir. Bu üsul ən çətin vəziyyətlərdə – sonsuzluğun müalicəsinin heç bir digər üsullarla effekt vermədiyi hallarda tətbiq edilir.
Süni mayalanma kişi sonsuzluğu, qadınlarda uşaqlıq boruları olmadıqda və ya onların keçiriciliyi tam şəkildə pozulduqda ailənin yeganə xilas yolu hesab edilir.
Uzman ginekoloq Rəxşəndə Aslanova Sonsuzluq müalicəsinin prosedurlarını həmişə sonsuzluğun səbəblərini dəqiq aşkar edə bilən diaqnostikadan başlayır. Qadının bütün reproduktiv sistemi müayinə edilir, sonra müalicənin ən effektiv metodu təyin olunur.
Addım-addım Suni Mayalanma:
- Dərman müalicəsi
– Yumurta inkişaf təqibi
– Yumurta toplanması
– Sperma nümunəsi ilə yumurtaların birləşdirilməsi
– Mayalanma
– Rüşeymin (embrionun) uşaqlığa keçirilməsi
– Hamiləlik testi
Suni mayalanma prosedurları son zamanlarda çox actual məsəllərindən birinə çevrilib. Bu prosedurun əsasını ekstrakorporal mayalanma (EKM) təşkil edir. Müalicə mərhələləri standartdır, amma EKM xüsusi dərmanların təyinatında, həm də müalicənin hər mərhələsinin keçirilməsinin müddətlərinin qurulmasında orqanizmin xüsusiyyətlərindən asılı olaraq fərdi yanaşmanı tələb edir.
Süni mayalanma və sonsuzluq müalicəsi üzrə Prosedurların siyahısı
- Ovulyasiyanın induksiyası
- Boruların yoxlanılması (HSG)
- Aşılama
- Süni mayalanma